Bakı. Trend:
İsrail Hərbi Hava Qüvvələri “Iron Beam” raket hücumlarından müdafiə lazer sistemini istifadəyə verib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yeni silah ordunun sərəncamına verilməzdən əvvəl müxtəlif təhdidlərə qarşı silsiləvi sınaqlardan uğurla keçib, raketləri, minaatan mərmilərini və pilotsuz uçuş aparatlarını uğurla dəf edib.
Müdafiə Nazirliyinin məlumatına görə, “Iron Beam” İsrail Hərbi Hava Qüvvələrinə inteqrasiya ediləcək və İsrailin çoxsəviyyəli hava hücumlarından müdafiə sisteminə “Iron Dome”, “David's Sling” və “Arrow” sistemlərinə əlavə kimi daxil ediləcək.
