...

Bu il "SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər artıb

İqtisadiyyat Materials 30 Dekabr 2025 11:40 (UTC +04:00)
Bu il "SOCAR Polymer"in ixracdan əldə etdiyi gəlirlər artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-noyabr aylarında “SOCAR Polymer”in ixracdan əldə etdiyi gəlirlər 242,8 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr nəşrinə istinadən xəbər verir.

İnformasiyaya əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 milyon ABŞ dolları və ya 4,3 faiz daha çoxdur.

Qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlət şirkətləri arasında SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi lider mövqedədir. Siyahıda növbəti yerlərdə SOCAR Polymer MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, SOCAR-ın Qaz İxracı İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “SOCAR-DALĞIC” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “İstisu” Mineral Su Zavodu MMC, həmçinin Naxçıvan Muxtar Respublikasının Enerji Xidməti yer alır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti