...

"Fənərbağça" fan-klubunun liderlərindən biri silahlı hücuma məruz qalıb

Dünya xəbərləri Materials 30 Dekabr 2025 11:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin “Fənərbağça” futbol klubunun fan-klubunun liderlərindən sayılan İbrahim Gümüştekin silahlı hücuma məruz qalıb.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

İbrahim Gümüştekin Kadıköydə silahlı hücum nəticəsində yaralanıb və təcili olaraq yerli xəstəxanaya çatdırılıb. Polis əməliyyatçıları atəş açan şəxsin müəyyən edilməsi və tutulması istiqamətində iş aparırlar.

Hadisənin təfərrüatları və silahlı hücumun motivləri barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti