Bakı. Trend:
PSJ-nin və Mərakeş millisinin sağ cinah müdafiəçisi Əşrəf Hakimi uzun müddətlik fasilədən sonra ilk dəfə oyuna çıxıb.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Afrika Millətlər Kubokunun ötən gün keçirilən Zambiya yığması ilə matçında oyuna sonradan daxil olub.
Hakimi qarşılaşmanın 64-cü dəqiqəsində Nussair Mazraouinin əvəzinə meydana çıxıb. Bu, ulduz futbolçunun təxminən iki aydan sonra ilk oyunu olub.