...

DİN bayram günlərində ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirlərini həyata keçirir (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2025 14:51 (UTC +04:00)
DİN bayram günlərində ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirlərini həyata keçirir (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkədə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə ictimai asayişin təmini məqsədilə bütün təhlükəsizlik tədbirləri həyata keçirilir.

DİN Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları insanların sıx toplaşdığı məkanlarda və avtomobil yollarında təhlükəsizliyin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.

Polisin gördüyü tədbirlər və qanunvericiliyin tələbləri vətəndaşların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Hər kəsi qaydalara riayət etməyə və ictimai asayişin qorunmasına dəstək göstərməyə çağırırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti