...

Bakıda hoteldə gecələyən şəxsin 23000 manatı oğurlanıb (FOTO)

Cəmiyyət Materials 30 Dekabr 2025 11:09 (UTC +04:00)
Bakıda hoteldə gecələyən şəxsin 23000 manatı oğurlanıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Paytaxtın Nizami rayonunda hotellərin birində gecələyən şəxsin 23000 manatı oğurlanıb.

Trend-in xəbərinə görə, bu barədə zərərçəkən ərazi polis orqanına məlumat verib.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlə oğurluq etməkdə şübhəli bilinən 36 yaşlı Azəmət Məmmədov, 31 yaşlı Ülvi İsgəndərov və 37 yaşlı Aqşin Eminov müəyyən edilərək saxlanılıblar. Saxlanılanların hadisə yerinə gəliş və gedişi ərazidəki kameralar vasitəsilə də lentə alınıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti