Bakı. Trend:
ABŞ ordusu İsrailə F-15 qırıcı təyyarələrinin tədarükü məqsədilə “Boeing” şirkəti ilə 8,57 milyard dollar dəyərində müqavilə imzalayıb.
Trend xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi saytında məlumat verilib.
Məlumata görə, müqavilə İsrail Hərbi Hava Qüvvələri üçün 25 ədəd yeni F-15IA qırıcı təyyarəsinin hazırlanmasını, quraşdırılmasını, sınaqdan keçirilməsini, istehsalını və çatdırılmasını əhatə edir. Sənəddə, həmçinin tədarük ediləcək təyyarələrin sayının əlavə 25 ədəd artırılması seçimi də nəzərdə tutulub.
Pentaqon “Boeing” şirkətinin müqavilə üzrə bütün öhdəliklərini 2035-ci ilin sonunadək yerinə yetirəcəyini gözləyir.