...

Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Mədəniyyət Materials 1 Aprel 2013 15:41 (UTC +04:00)
XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.
Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək

Azərbaycan, Bakı, 1 aprel /Trend/

XX əsr Azərbaycan teatrının və kinosunun parlaq siması, Azərbaycanın xalq artisti Həsənağa Turabovun anadan olmasının 75 illiyinə həsr olunmuş yubiley tədbiri keçiriləcək.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nazirliyin təşəbbüsü ilə həyata keçirilən tədbirdə Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndələri çıxış edəcək, aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən fraqmentlər göstəriləcək.

Tədbir 2013-cü il aprelin 2-də, saat 19:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti