...

Azərbaycana info-turlar və press-tur təşkil edilib

Mədəniyyət Materials 5 Aprel 2013 20:05 (UTC +04:00)
Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakı şəhərində keçirilən XII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana info-turlar və press-tur təşkil edilib.
Azərbaycana info-turlar və press-tur təşkil edilib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Ölkəmizin turizm potensialını dünyada təbliğ etmək və xarici turistlərin respublikamıza olan axınını artırmaq məqsədilə Bakı şəhərində keçirilən XII Azərbaycan Beynəlxalq Səyahət və Turizm Sərgisi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycana info-turlar və press-tur təşkil edilib.

Trend nazirliyin rəsmi saytına istinadən məlumat verir ki, cari ilin 30 mart-4 aprel tarixlərində Rusiya Federasiyasının turizm şirkətlərindən ibarət 19 nəfərlik qrup Azərbaycana səfər edib. Səfərdə Rusiyanın Alean, Dces Tur, Persona Tur, Fischer Travel, Vostok FM, TurProfi, Azan Tur, Ross Travel, Alıye Parusa, Poyexali və s. turizm şirkətlərinin nümayəndələri iştirak ediblər. Qonaqlar Bakı, Nafatalan və Şəki şəhərinin görməli yerlərini ziyarət ediblər.

Bundan əlavə, cari ilin 2-6 aprel tarixində İtaliyanın aparıcı turizm şirkətlərinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərinə info-tur təşkil edilib. İnfo-turda Bramante Travel, Red Carpet Travel, Boscolo Tour, Manus Travel, Wave Travel şirkətlərinin nümayəndələri təmsil olunurlar. Qarşılıqlı əməkdaşlıq məqsədilə adıçəkilən şirkətlərin təmsilçiləri ilə bir qrup yerli turizm şirkətlərinin nümayəndələrinin görüşü keçirilib.

Həmçinin, Azərbaycanın turizm potensialının Türkiyə mətbuatında işıqlandırılması məqsədilə cari ilin 3-10 aprel tarixində Türkiyənin "Beyaz TV" kanalının "Dünya Turu" proqramının 3 nəfərdən ibarət nümayəndə heyəti Azərbaycana səfər ediblər. Press-turun təmsilçiləri paytaxt Bakıda, eləcə də Quba, Qusar, Qəbələ, Şəki rayonlarında çəkilişlər aparırlar. Çəkilişlərin nəticəsi olaraq, Türkiyənin "Beyaz TV" kanalının "Dünya turu" verilişində Azərbaycan haqqında materialın 3 dəfə yayımlanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti