...

YARAT! uşaqları "P.T.X." yaradıcılıq studiyasının "ÇUDESNIY BESTİARİY" adlı vörkşopuna dəvət edir

Mədəniyyət Materials 3 May 2013 15:38 (UTC +04:00)
"YARAT!" Müasir İncəsənət Məkanı valideyn və uşaqları mayın 4-ü saat 12:00-da keçiriləcək “P.T.X.” yaradıcılıq studiyasının “ÇUDESNIY BESTİARİY” adlı vörkşopuna dəvət edir.
YARAT! uşaqları "P.T.X." yaradıcılıq studiyasının "ÇUDESNIY BESTİARİY" adlı vörkşopuna dəvət edir

Azərbaycan, Bakı, 3 may /Trend/

"YARAT!" Müasir İncəsənət Məkanı valideyn və uşaqları mayın 4-ü saat 12:00-da keçiriləcək "P.T.X." yaradıcılıq studiyasının "ÇUDESNIY BESTİARİY" adlı vörkşopuna dəvət edir.

Trend-in məlumatına görə, vörkşop 5 yaşından 13 yaşına qədər olan uşaqlar üçün nəzərdə tutulub.

"Əziz dost, icazənlə sənə qədim bir sirri açaq. Bir vaxtlar, bəlkə min il, bəlkə də milyon il əvvəl bir parkın yerində böyük göl var idi. Adi göl deyildi - onun dibində, sirli mağaranın yanında Sehirli Balıq yaşayırdı. Ona görə sehirli adlanırdı ki, o, istənilən arzunu həyata keçirə bilərdi, düzdür, hamısını yox, ancaq atəşli, təmiz, səmimi və gənc qəlbə malik adamların arzularını. İldə bir dəfə, yazın ən qızğın vaxtında sahilə uşaqlar gələr, kiçik kağız parçalarına öz arzularını yazıb qoyardılar və sözsüz ki, onlar həyata keçərdi.

Çox illər keçdi, artıq həmin göl də yoxdur, amma haradasa yerin dərinliklərində, sirli bir mağarada Sehirli Balıq yaşayır.

Məhz buna görə, əziz dost, əgər sən möcüzəyə və arzuların həyata keçməsinə inanırsansa, onda səni Zabitlər Parkında (Sirklə üzbəüz) saat 12:00-da mayın 4-də uzaq Peterburqdan gəlmiş məşhur "P.T.X." yaradıcı manufakturası ilə birlikdə həmin Sehirli Balığa bu vaxta qədər görünməyən bir heykəl ucaltmağa dəvət edirik, bəlkə o bizi eşidər və öz möcüzəli bacarığından istifadə edər.

Ən sonda, əgər sənin evində heç kimə lazım olmayan, toz basmış jurnal və qazetlər varsa, onları da özünlə gətir, axı məhz onların köməyi ilə möcüzəli heykəli ucaltmaq fikrindəyik və sözsüz ki, Sehirli Balıq sənin bunun üçün edəcəyin səyi hiss edəcək.

Biz sənin tikinti materialı və möcüzəyə olan sarsılmaz inamla gələcəyini gözləyirik".

Vörkşop mayın 4-də saat 12:00-da Zabitlər Parkında (Sirklə üzbəüz) olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti