...

Trend BİA-nın müxbiri mükafata layiq görülüb (FOTO)

Mədəniyyət Materials 31 May 2013 14:14 (UTC +04:00)
Bakıda Dünya Azərbaycanlıları Konqresinin təsis etdiyi "Sevgi ödülü" mükafatının yubiley təqdimat mərasimi keçirilib.
Trend BİA-nın müxbiri mükafata layiq görülüb (FOTO)

Azərbaycan, Bakı, 31 may /Trend/

Bakıda Dünya Azərbaycanlıları Konqresinin təsis etdiyi "Sevgi ödülü" mükafatının yubiley təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə görkəmli ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri, müxtəlif təşkilatların təmsilçiləri iştirak ediblər.

Sevindirici haldır ki, Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) müxbiri Vüqar İmanov "Azərbaycan mədəniyyəti və incəsənətinin inkişafında töhfəyə görə" fəxri mükafatına layiq görülüb. O, Azərbaycanda yazılı jurnalistikasının bu mükafata layiq görülən yeganə nümayəndəsidir.

Mükafat KİV və televiziyanın, teatr və musiqi incəsənətinin, kinematoqrafiya və idmanın inkişafında, təşkilati fəaliyyətdə və müxtəlif layihələrin həyata keçirilməsində töhfəyə görə müxtəlif nominasiyalarda təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti