...

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 3 İyun 2013 17:56 (UTC +04:00)
Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.
Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 3 iyun /Trend/

Heydər Əliyev Fondunun dəstəyi ilə Rumıniyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib.

Trend-in Heydər Əliyev Fondunun rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 1-2-də Buxarestdə Heydər Əliyev Fondunun Rumıniya nümayəndəliyinin dəstəyi ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib. "Əlil və Fiziki qüsurlu uşaqların cəmiyyətə inteqrasiyası" adlı festival Buxarest Dövlət Məktəbləri İnspektorluğunun, Rumıniya Jandarmeriya Xidmətinin, Buxarest şəhərinin 5-ci və 6-cı sektorunun əməkdaşlığı və Conil Assosiasiyasının təşkilatçılığı ilə baş tutub.

Festivala əlil və fiziki qüsurlu uşaqlar da daxil olmaqla, 1500 uşaq qatılıb. Rumıniyada fəaliyyət göstərən məktəb və uşaq bağçalarının şagirdləri müxtəlif tamaşalar göstəriblər. Onlara mükafatlar verilib.

Tədbirin təşkilatçıları Heydər Əliyev Fonduna, Fondun prezidenti Mehriban Əliyevaya Rumıniyadakı humanitar və xeyriyyəçilik fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti