...

Venesiya Biennalesində Azərbaycan pavilyonu 5 ən möhtəşəm pavilyon sırasına daxil edilib (FOTO)

Mədəniyyət Materials 22 İyun 2013 16:03 (UTC +04:00)
Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib.
Venesiya Biennalesində Azərbaycan pavilyonu 5 ən möhtəşəm pavilyon sırasına daxil edilib (FOTO)

Azərbaycan, Bakı, 22 iyun /Trend /

Artfetch.com Venesiya Biennalesində Azərbaycan pavilyonunu 5 ən möhtəşəm pavilyon sırasına daxil edib.

Məqalənin müəllifi A.J.Samuels builki sərgidə qeyri-Qərb pavilyonlarının daha böyük təəssürat doğurduğunu, orada təqdim olunan əsərlərin daha dərin əlaqələr yaratdığını, mədəni imperializmi tanıdığını, lakin sürprizlərlə ondan uzaqlaşdığını qeyd edir. Trend-in məlumatına görə, bu barədə Heydər Əliyev Fondunun rəsmi saytında bildirilir.,

Müəllif Azərbaycan, Litva, Macarıstan, Estoniya, Livanın paviliyonlarını 5 ən möhtəşəm pavilyon kimi qeyd edir.

Azərbaycan pavilyonunda sərgilənən əsərlər içərisində Rəşad Ələkbərovun "Miniatür" və Fərid Rəsulovun "Xalçalı interyer" əsərləri daha çox diqqəti cəlb edib.

Qeyd edək ki, "Artfetch" beynəlxalq miqyasda müasir incəsənətin və onun görkəmli nümayəndələrinin tanıdılması, əsərlərin satışının təşkil olunması ilə məşğuldur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti