Azərbaycan, Bakı, 22 avqust /Trend Life, müxbir V.İmanov/
Bu ilin oktyabr ayında Şən və Hazırcavablar Klubunun (ŞHK) yüksək liqasının ən yaxşı komandalarının iştirakı ilə beynəlxalq turnir keçiriləcək.
Bu barədə Trend Life-a açıqlamasında ŞHK-ın Azərbaycan liqasının rəhbəri Anar Sultanov bildirib: "Böyük ŞHK-ın bizim paytaxtımıza qayıtmasını vurğulamaq sevindirici haldır, bizim hamımız isə iki ildir milli ŞHK-ın yenidən yaranması üçün aktiv iş görən ŞHK-ın Azərbaycan liqasının uğurlarının şahidi olacayıq".
Bu il, o cümlədən ŞHK komandalarının ikinci respublika festivalı keçiriləcək. 2012-ci ildə keçirilən ölkənin müxtəlif şəhərlərindən və ali məktəblərindən olan 14 komandanın iştirak etdiyi yarışın qalibi Sumqayıt yığması olub.
Sultanov vurğulayıb: "Turnirdə öz gücünü yoxlamaq istəyən istənilən komanda iştuirak edə bilər. Festivalın yekunlarına görə güclü komandalar respublika çempionatının əsas turnir səbətinə, ən yaxşı oyunçular isə ötən il olduğu kimi ölkəmizi beynəlxalq turnirlərdə təmsil edən komandanın tərkibinə daxil ediləcəklər".