...

TÜRKSOY fotoqraflarının 10-cu görüşü başa çatır

Mədəniyyət Materials 10 Sentyabr 2013 13:18 (UTC +04:00)
Sentyabrın 2-də başlanmış TÜRKSOY fotoqraflarının 10-cu görüşü başa çatmaq üzrədir.
TÜRKSOY fotoqraflarının 10-cu görüşü başa çatır

Azərbaycan, Bakı, 10 sentyabr / Trend, müxbir S.Əhmədova /

Sentyabrın 2-də başlanmış TÜRKSOY fotoqraflarının 10-cu görüşü başa çatmaq üzrədir. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildirilib.

Görüşün yekun sərgisi 2013-cü il sentyabrın 11-də saat 18:00-da Üzeyir Hacıbəyli küçəsi, 69 E ünvanında yerləşən "Qalereya 1969"da keçiriləcək.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və TÜRKSOY-un birgə təşkilatçılığı ilə keçirilən görüşdə türkdilli ölkələri təmsil edən 14 və 6 azərbaycanlı fotoqrafın bir həftə müddətində Bakıda və respublikanın bölgələrində lentə aldıqları foto əsərlərindən seçilmiş nümunələr sərgidə nümayiş etdiriləcək. Sərgi TÜRKSOY təşkilatının 20 illiyinə həsr olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti