...

Bərpa edilən və rənglənən "Arşın mal alan" filmi Heydər Əliyev Mərkəzində təqdim olunacaq (VİDEO)

Mədəniyyət Materials 29 Noyabr 2013 16:47 (UTC +04:00)
Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən "Arşın mal alan" filmi yeni ekran həyatını yaşayır.
Bərpa edilən və rənglənən "Arşın mal alan" filmi Heydər Əliyev Mərkəzində təqdim olunacaq (VİDEO)

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə bərpa edilən və rənglənən "Arşın mal alan" filmi yeni ekran həyatını yaşayır.

Heydər Əliyev Mərkəzindən Trend-ə verilən məlumata görə, dekabrın 10-da Mərkəzdə bərpa edilən və rənglənən "Arşın mal alan" filminin təqdimatı keçiriləcək. Bununla əlaqədar təqdimat mərasiminin videoçarxı yayımlanıb.

Qeyd edək ki, "Arşın mal alan" filmi 1945-ci ildə Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilib. Təkcə 1945-ci ildə ekrana çıxdıqdan sonra filmi 16,27 milyon tamaşaçı izləyib. "Arşın mal alan" filmi indiyə qədər 136 ölkədə nümayiş etdirilib və 86 dilə dublyaj olunub.

Video Player

Məqalədə:
Xəbər lenti

Xəbər lenti