...

Azərbaycanın mədəniyyət və turizm naziri teatrların repertuarından narazıdır

Mədəniyyət Materials 27 Dekabr 2013 12:41 (UTC +04:00)
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrların repertuarından narazılıq edib.
Azərbaycanın mədəniyyət və turizm naziri teatrların repertuarından narazıdır

Azərbaycan, Bakı, 27 dekabr/ Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev teatrların repertuarından narazılıq edib.

Trend-in məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün 2013-cü ilin yekunlarına həsr olunan kollegiya iclasında deyib ki, ötən müddətdə Azərbaycanın teatrları, musiqi kollektivləri bir sıra xarici ölkələrdə qastrollarda olublar, tamaşalar qoyublar: "Ancaq bir neçə məsələ məni narahat edir. Teatrların iş cədvəli, teatr və musiqi kollektivlətinin repertuarı məni natahat edir".

Nazir bildirib ki, teatrların bəziləri həftədə cəmi 2 tamaşa qoyurlar. Uşaqlar üçün isə tamaşalar heç hazırlanmır: "Dəfələrlə demişəm ki, teatrlar 2 səpkidə teatr hazırlamalıdırlar. Teatrların bəzilərinin repertuarına aşağı səviyyəli tamaşalar, dram əsərləri, komediyalar daxil edilir. Teatr kollektivləri olduqca böyük iş görməlidirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti