...

Azərbaycanın tanınmış mügənnisi Məhəbbət Kazımov 61 yaşında dünyasını dəyişib (ƏLAVƏ OLUNUB)

Mədəniyyət Materials 27 Yanvar 2014 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir İ.İzzət/

Azərbaycanın Əməkdar artisti, tanınmış mügənni Məhəbbət Kazımov 61 yaşında dünyasını dəyişib. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

Məlumata görə, M.Kazımov bu gün səhər saatlarında dünyasını dəyişib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidovanın Trend-ə verdiyi məlumata görə, müğənninin evinə gələn təcili tibbi yardım briqadası saat 11:03-də ona ölüm diaqnozu qoyub.

Z.Vahidova bildirib ki, həkim heyəti müğənninin evinə çatanda o, artıq ölübmüş.

Artıq əməkdar artıstin ölümü ilə bağlı müvafiq orqanlara məlumat verilib.

Məhəbbət Kazımovun yaxınlarının sözlərinə görə, müğənni uzun müddət idi ki, şəkərli diabet və hipertoniyadan əziyyət çəkirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti