...

Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib (FOTO)

Mədəniyyət Materials 20 May 2014 13:34 (UTC +04:00)
AMEA Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib. Bu barədə Trend-ə Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən məlumat verilib.
Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend/

AMEA Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin həyat və yaradıcılığını əks etirən sərgi təşkil edilib. Bu barədə Trend-ə Mərkəzi Elmi Kitabxananın mətbuat xidmətindən məlumat verilib.

Məlum olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Əli bəy Hüseynzadə türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən və müstəqil milli dövlətçiliyin nəzəri əsaslarının işlənib hazırlanmasında yaxından iştirak edən bir şəxsdir.

Sərəncamdan irəli gələrək digər dövlət qurumları ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasına da ədibin yubileyinin keçirilməsi barədə tapşırıqlar verilib. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında Əli bəy Hüseynzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş sərgi təşkil edilib. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən ədəbiyyatlar, kitablar nümayiş olunub.

"Yaradıcılığı", "Haqqında olanlar" və s. bölmələri üzrə "Türklər kimdir, kimlərdən ibarətdir", iki cilddən ibarət "Seçilmiş əsərləri", "Qərbin iki dastanında Türk", "Siyasəti-fürüsat", "Qırmızı qaranlıqlar içində yaşıl işıq", həmçinin ədibin nəşrində böyük əməyi olduğu "Füyuzat" jurnalı, o cümlədən haqqında yazılan əsərlər və dövrünü əks etdirən kitablar da nümayiş etdirilib.

Nümayiş olunan 150-yə yaxın ədəbiyyat həm ənənəvi, həm də virtual olaraq Azərbaycan, rus, Türkiyə türkcəsində və Qərbi Avropa dillərində təqdim olunub.

Sərgidə fotoşəkillər və videomateriallar da yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti