...

"Cavanşir" sənədli filminin təqdimatı keçirilib (FOTO)

Mədəniyyət Materials 5 İyun 2014 19:35 (UTC +04:00)
Bu gün Qax rayonundakı S.Vurğun adına Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti və Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "Cavanşir" sənədli filminin təqdimatı keçirilib.
"Cavanşir" sənədli filminin təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 5 iyun /Trend/

Bu gün Qax rayonundakı S.Vurğun adına Mədəniyyət Evində Mədəniyyət və Turizm Nazirliyi, Qax Rayon İcra Hakimiyyəti və Qax Rayon Mədəniyyət və Turizm Şöbəsinin birgə təşkilatçılığı ilə "Cavanşir" sənədli filminin təqdimatı keçirilib.

Film dövlət sifarişi ilə "Yaddaş" studiyasında rejissor Kəmalə Musazadə tərəfindən çəkilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, Qaxda doğulub boya başa çatmış Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimova həsr olunmuş filmin təqdimatında qəhrəmanın yaxınları və doğmaları, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Filmin nümayişindən sonra Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, filmin rejissoru Kəmalə Musazadə və bir sıra rayon ziyalıları, C.Rəhimovun anası çıxış edərək, belə filmlərin, tədbirlərin əhəmiyyətindən danışıb, torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş igid V ətən övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən daim yüksək tutulduğunu, ehtiramla anıldığını qeyd ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti