...

"Azərbaycanfilm" kinostudiyasının təmiri ilə bağlı Fransa ilə danışıqlar başa çatmaqdadır

Mədəniyyət Materials 25 Sentyabr 2014 11:12 (UTC +04:00)
"Azərbaycanfilm" kinostudiyasının təmirinə başlanılacaq. Bununla bağlı Fransa şirkətlərindən biri ilə aparılan danışıqlar başa çatmaqdadır".
"Azərbaycanfilm" kinostudiyasının təmiri ilə bağlı Fransa ilə danışıqlar başa çatmaqdadır

Azərbaycan, Bakı, 25 sentyabr /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanfilm" kinostudiyasının təmirinə başlanılacaq. Bununla bağlı Fransa şirkətlərindən biri ilə aparılan danışıqlar başa çatmaqdadır". Trend xəbər verir ki, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev jurnalistlərə bildirib.

Nazir müavini qeyd edib ki, artıq danışıqlar başa çatmaq üzrədir: "Çox güman ki, gələn ilin əvvəlindən kinostudiyanın əsaslı təmirinə başlanacaq. Çünki kinostudiyanın vəziyyəti çox bərbaddır".

Ə.Vəliyev əlavə edib ki, son illər ölkə rəhbərliyi tərəfindən Azərbaycan mədəniyyəti və onun tərkib hissəsi olan kinoya ciddi diqqət və qayğı göstərilir. Onun fikrincə, Dövlət Film Fondunun cəmi iki il ərzində tikilib istifadəyə verilməsi, son illər Azərbaycan kinofilmlərinin 80-ə yaxın beynəlxalq festivalda iştirak etməsi, Kann festivalının daimi üzvlərindən biri olması bunun bariz nümunəsidir.

Nazir müavini bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan kinosunun inkişafı ilə bağlı Dövlət Proqramı" əsasında xeyli işlər görülüb və bu istiqamətdə işlər 2018-ci ilədək - proqramın 10 illik müddəti başa çatanadək davam etdiriləcək: "Yəni, bu proqramın icrası ilə əlaqədar yaxın illərdə Azərbaycanda kinoteatrların sayı onlarla deyil, yüzlərlə olacaq. Həmçinin tikintisi başa çatan və ya başa çatmaqda olan mədəniyyət evlərində, saraylarında kinofilm zalları olacaq, orada filmlər nümayiş etdiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti