Yazıçı, jurnalist, fotoqraf Şirməmməd Nəzərlinin "13 hekayə-рассказов" kitabı çap olunub

Mədəniyyət Materials 9 Oktyabr 2014 18:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Şirməmməd Nəzərlinin "13 hekayə-рассказов" kitabı çapdan çıxıb.

Trend xəbər verir ki, Azərbaycan Yazıçılar, Jurnalistlər və Fotoqraflar birliklərinin üzvü Ş.Nəzərlinin sayca 10-cu kitabı işıq üzü görüb. Kitab "ASPOLİQRAF" nəşriyyatında çap olunub.

Azərbaycan və rus dillərində nəşr olunmuş "13 hekayə-рассказов" kitabında müəllifin müxtəlif illərdə yazdığı hekayələrdən on üçü yer alıb. Yazıçı kitaba daxil etdiyi əsərlərini qısametrajlı filmlər üçün nəzərdə tutub və bu mətnlərdə Azərbaycan xalqının milli adət-ənənələri, uzun illər boyu formalaşmış dəyərləri, özünəməxsusluq qabardılıb.

Rusiya həyatından bəhs edən hekayələr isə müəllifin bu ölkədə yaşadığı illərin bəhrəsidir.

Qeyd edək ki, Ş.Nəzərli üzvü olduğu yaradıcılıq birliklərinin ruhuna uyğun olaraq hər iki ildən bir hesabat xarakterli təqdimat keçirir. Bu ənənəyə sadiq qalaraq, o, dekabr ayında "Ölkə rəssamları bir arada" adlı fotosərgisini, həmçinin yeni kitabını təqdim etmək niyyətindədir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti