...

Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunacaq (FOTO)

Mədəniyyət Materials 2 Dekabr 2014 16:58 (UTC +04:00)
Dekabrın 5-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Kamil Rüstəmbəyovun 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.
Görkəmli kinorejissor Kamil Rüstəmbəyovun 90 illik yubileyi qeyd olunacaq (FOTO)

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Dekabrın 5-də Dövlət Film Fondunda Azərbaycanın görkəmli kinorejissoru Kamil Rüstəmbəyovun 90 illik yubileyi ilə bağlı tədbir keçiriləcək.

Fonddan Trend-ə verilən məlumata görə, tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun təşkilati dəstəyi ilə baş tutacaq.

Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının xatirələri dinlənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti