...

"Nabat" filmi "Ən yaxşı rejissor" mükafatına layiq görüldü

Mədəniyyət Materials 6 May 2015 16:05 (UTC +04:00)
"Nabat" bədii filmi İranda keçirilən 33-cü Fəcr beynəlxalq kinofestivalının "Şərq paroramı" müsabiqə proqramında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb.
"Nabat" filmi "Ən yaxşı rejissor" mükafatına layiq görüldü

Azərbaycan, Bakı, 6 may /Trend/

"Nabat" bədii filmi İranda keçirilən 33-cü Fəcr beynəlxalq kinofestivalının "Şərq paroramı" müsabiqə proqramında "Ən yaxşı rejissor" mükafatına layiq görülüb. Bu barədə Trend-ə Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının məlumatına əsasən, mükafatın təqdim olunma mərasimində filmin yaradıcı heyəti iştirak edib.

Nazirliyin dəstəyi ilə 2014-cü ildə "Azərbaycanfilm" kinostudiyasında lentə alınmış filmin quruluşçu rejissoru Elçin Musaoğlu, ssenari müəllifləri Elxan Nəbiyev və Elçin Musaoğlu, quruluşçu operatoru Əbdülrəhim Bəşərat, quruluşçu rəssamı Şahin Həsənli, bəstəkarı Hamed Sabet, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur.

Ekran əsərində rolları Fatimə Motamed Arya, Vidadi Əliyev, Sabir Məmmədov, Fərhad İsrafilov və başqaları canlandırıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti