...

Park Cinema-nın xeyriyyə tədbirləri

Mədəniyyət Materials 7 May 2015 11:43 (UTC +04:00)
Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi Park Cinema-nın rəhbərliyi tezliklə kompaniya tərəfindən çoxsaylı iri xeyriyyəçilik aksiyaların keçirilməsi haqqında xəbər verib.
Park Cinema-nın xeyriyyə tədbirləri

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın ən böyük kinoteatrlar şəbəkəsi Park Cinema-nın rəhbərliyi tezliklə qurum tərəfindən çoxsaylı iri xeyriyyə aksiyalarının keçiriləcəyi barədə xəbər verib. Qurumdan Trend-ə verilən məlumata görə, bu tədbirlər xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı keçirilən ənənəvi aksiyaların davamıdır.

Bu ilin mart ayında "Savab Dünyası" Azərbaycan Talassemiya Assosiasiyası ilə birlikdə 2500-dən artıq uşaq və yeniyetmələr animasiya və ailəvi filmlərin açıq seanslarına Park Cinema | Metro Park-a dəvət olunmuşdular. Kinoteatrın xüsusi qonaqlarına cəlb olunmuş sponsorlar və xeyriyyə qrupları tərəfindən müxtəlif hədiyyələr təqdim olunmuşdu.

Bu yaxınlarda "Qayğı-Sağlam Nəsil Naminə" ictimai birliyi ilə birgə reabilitasiya mərkəzindəki Daun sindromlu uşaqlara animasiya filmləri parlaq təəssürat bağışlamışdı. Valideyn və müəllimləri ilə birlikdə uşaqlar animasiya filmlərinin şən personajları ilə unudulmaz vaxt keçirdilər.

Park Cinema'nın PR meneceri Sinan Ağayevin sözlərinə görə, bu cür aksiyalar kompaniyanın gələcək planlarının az hissəsidir: "Biz həm xəstə uşaqlar, həm də uşaq evlərindən olan uşaqların cəmiyyətə inteqrasiyasının aşağı səviyyədə olmasından narahatlıq hissi keçiririk. Bu uşaqlar sağlam uşaqlarla bir məktəbdə oxumalı, oynamalı, kinoteatrlara getməlidirlər. Biz bu ümumi xeyirxah işə daha çox iştirakçı cəlb etməyə imkanı yaradan daha geniş aksiyalar keçirməyi planlaşdırırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti