...

Azərbaycan klassik musiqisi Seulda (FOTO)

Mədəniyyət Materials 7 May 2015 17:12 (UTC +04:00)
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şəhərinin tanınmış incəsənət mərkəzlərindən olan “Seoul Arts Center”də klassik musiqi konserti keçirilib.
Azərbaycan klassik musiqisi Seulda (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend/

Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin və Koreya Fondunun birgə təşkilatçılığı ilə Seul şəhərinin tanınmış incəsənət mərkəzlərindən olan "Seoul Arts Center"də klassik musiqi konserti keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, konsertdə Azərbaycan Dövlət Filarmoniyasının solistləri pianoçu Səidə Tağızadə və violençel ustası Aleksey Miltyix Koreyanın tanınmış skripka ustası Kim Bomsori ilə birgə konsert proqramı ilə çıxış ediblər.

Konsertdə Koreya Fondunun prezidenti Hyun-sok Yu, Türkiyə, Rusiya, Bolqarıstan, Rumıniya, Belarus, Gürcüstan, Pakistan, Monqolustan, Tunis, Seneqal və s. ölkələrin Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri, habelə Koreya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun prezidenti Hvanq Yunq-çol və Milli Assambleyanın əməkdaşları, KİV nümayəndələri və ictimai-siyasi xadimlər iştirak ediblər.

Tədbirdə iştirak edən yüksək vəzifəli qonaqlar üçün konsertdən əvvəl rəsmi qəbul təşkil edilib.

Konsertdə dünya və Azərbaycan klassik musiqisinin nümunələri təqdim edilib. Azərbaycan Dövlət Filarmoniyasının solistləri ilə koreyalı skripka ustasının ifasında Frederik Şopen, Aleksandr Çaykovski, Frans Vaksman və Astor Piazolla ilə yanaşı, dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Hacıyev, Oqtay Zülfüqarov, Nazim Əliverdibəyov və Musa Mirzəyevin əsərləri tədbir iştirakçılarında böyük təəssürat yaradıb.

Konsert ilə bağlı Koreyanın nüfuzlu "The Korea Times" və "Korea Herald" qəzetlərində məqalələr dərc olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti