...

"Bakı simfoniyası"nın təqdimatı olacaq

Mədəniyyət Materials 4 İyun 2015 20:54 (UTC +04:00)
“Bakı simfoniyası” adlı kitab-albomun təqdimat mərasimi keçiriləcək.
"Bakı simfoniyası"nın təqdimatı olacaq

Azərbaycan, Bakı, 4 iyun /Trend/

"Bakı simfoniyası" adlı kitab-albomun təqdimat mərasimi keçiriləcək.

Bakıda keçiriləcək I Avropa Oyunları ərəfəsində 5 iyun, saat 19:00-da Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, "Paşa Həyat Sığorta" şirkətinin təşkilatçılığı və "Silk Way" şirkətinin dəstəyi ilə "İRS Publishing House" tərəfindən hazırlanmış Bakının mədəni irsinə həsr edilmiş "Bakı simfoniyası" adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Nazirlikdən Trend-ə verilən məlumata görə, layihənin başlıca məqsədi silsiləyə daxil olacaq nəşrlərdə Azərbaycanın keçmişi və bu gününün mənzərəsini canlandırmaqla xalqımızın çoxsaylı abidələrinin beynəlxalq miqyasda tanıdılmasıdır.

Qeyd edək ki, layihənin artıq bir neçə kitabı - "Qədim Qalanın Yuxuları", "Qobustan - minilliklər kitabı", YUNESKO-nun Ümumdünya irs siyahısına daxil edilmiş - "İçərişəhər" və Azərbaycanın qayaüstü incəsənətinə həsr olunmuş nəşrlər işıq üzü görüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti