...

Kitabsevərlər üçün yarmarka keçiriləcək

Mədəniyyət Materials 12 İyun 2015 12:25 (UTC +04:00)
Bu il sentyabın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası keçiriləcək.
Kitabsevərlər üçün yarmarka keçiriləcək

Azərbaycan, Bakı 12 İyun / Trend, müxbir İlhamə İsabalayeva/

Bu il sentyabın 16-18-də IV Bakı Beynəlxalq Kitab Sərgi - Yarmarkası keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq Sərgi - Yarmarkada iştirakla bağlı ərizə-müqavilə qəbulu başlayıb. Tədbirin təşkilatçısı Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyidir.

Yarmarkada nəşriyyatlar tərəfindən buraxılmış nəşrləri nümayiş etdirmək, satmaq, iştirakçı xarici dövlətlərin nəşriyyatları, müəlliflər və milli nəşriyyat-poliqrafiya müəssisələri ilə danışıqlar aparmaq, müqavilələr bağlamaq imkanı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti