...

Bakıda “Qarışqa adam” filminin eksklüziv premyerası keçrilib

Mədəniyyət Materials 16 İyul 2015 14:04 (UTC +04:00)
“Dəmir Adam”, “Tor”, “Birinci qisasçı”, “Qisasçılar”, “Qalaktika mühafizəçiləri” blokbasterlərinin yaradıcısı MARVEL studiyası yeni “Qarışqa adam” komikslərinin ekranlaşdırmasını tamaşaçılara Park Cinema – Azercell | IMAX kinoteatrında təqdim edib.
Bakıda “Qarışqa adam” filminin eksklüziv premyerası keçrilib

Azərbaycan, Bakı, 16 iyul /Trend/

"Dəmir Adam", "Tor", "Birinci qisasçı", "Qisasçılar", "Qalaktika mühafizəçiləri" blokbasterlərinin yaradıcısı MARVEL studiyası yeni "Qarışqa adam" komikslərinin ekranlaşdırmasını tamaşaçılara Park Cinema - Azercell | IMAX kinoteatrında təqdim edib.

Siz fikirləşə bilərsiniz ki, yaradıcıların fantaziyası ağlabatan sərhədi aşıb. Lakin Qarışqa Adam heç də yeni qəhrəman deyil. 1962-ci ildə dahi Sten Li, Larri Liber və Cekom Kirbi tərəfindən yaradılan bir personajdır.

Filmə mükəmməl aktyorlar cəlb edilib: əsas qəhrəman Skott Lenq rolunda komik aktyor Pol Rad, Xenk Pim obrazında dahi alim və ilk Qarışqa adam rolunu parlaq şəkildə ifa edən korifey Maykl Duqlas, "Sağ qalmaq" serialından tanınan Evancelin Lili, məzəli Maykl Penya və əsas cani rolunda Korri Stoll.

Film həbsdən çıxıb keçmiş günahlarını yumaq arzusunda olan və əsl qəhrəmana çevrilmək şansını əldə edən oğru Skott Lenq haqqında bəhs edir. Alim Xenk Pim Skotta yiyəsini böcək ölçüsünə çevirən, lakin güllə gücü və sürəti verən "Qarışqa adam" libasını verir. Skott alimə keçmiş şagirdi Korridən sirrli düsturu gizlətməkdə kömək etməlidir.

Təsirli effektlər, möhtəşəm operator işi və Sizi ürəkdən gülməyə vadar edən yumor bu gözəl ailəvi epikdə yolunuzu gözləyir. Yeni qisasçı artıq kinoteatrlarda!

"Qarışqa adam" 16 iyuldan etibarən ən böyük kinoteatrlar şəbəkəsi Park Cinema-da həmçinin IMAX 3D formatında da mövcuddur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti