...

Habil Əliyevin səhhəti yenidən ağırlaşıb

Mədəniyyət Materials 19 Avqust 2015 15:05 (UTC +04:00)
Xalq artisti Habil Əliyevin səhhəti yenidən ağırlaşıb.
Habil Əliyevin səhhəti yenidən ağırlaşıb

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/

Xalq artisti Habil Əliyevin səhhəti yenidən ağırlaşıb.

Bunu Trend-ə açıqlamasında xalq artistinin qızı Vəfa Əliyeva deyib. Onun sözlərinə görə, hazırda reanimasiya şəraitində həkim nəzarətində olan H.Əliyev hələ də nəfəs aparatına qoşulu olaraq qalır.

Onun nə vaxt nəfəs aparatından ayrılacağının hələlik məlum olmadığını deyən V.Əliyeva qeyd edib ki, atası həkimlərin ciddi nəzarətindədir: "Dünən səhhəti bir az normallaşmışdı, bu gün yenidən onun vəziyyəti ağırlaşıb. Allahın köməkliyi ilə tez bir zamanda yəqin ki, sağalıb ayağa qalxar".

Qeyd edək ki, xalq artsiti H.Əliyev ürək çatışmazlığı və ağciyərində yaranan problemlə bağlı bir müddət əvvəl Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti