...

Cizgi filmlərin istehsalı üçün Azərbaycana yeni texnika gətiriləcək

Mədəniyyət Materials 7 Sentyabr 2015 13:50 (UTC +04:00)
Azərbaycanda çizgi filmləri sektorunun inkişaf etdirilməsi üçün bir sıra addımlar atılacaq. Bunu Trend-ə açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.
Cizgi filmlərin istehsalı üçün Azərbaycana yeni texnika gətiriləcək

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elmir Murad/

Azərbaycanda çizgi filmləri sektorunun inkişaf etdirilməsi üçün bir sıra addımlar atılacaq. Bunu Trend-ə açıqlamasında Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, artıq bu istiqamətdə işlərə başlanılıb. Belə ki, Azərbaycan Türkiyə və Çinlə daha keyfiyyətli çizgi filmlərinin istehsalı üçün danışılqlar aparır.

M.Hatəmov qeyd edib ki, yenilik tək bundan ibarət deyil: "Yaxın gələcəkdə çizgi filmlərinin istehsalı üçün yeni texnika alınacaq. Bilirik ki, bu sahənin inkişafı üçün böyuk texniki bazaya ehtiyac var. Eyni zamanda, yeni kadrların hazırlanması da planlaşdırılır".

Direktor hazırda Azərbaycanda bir çizgi filminin istehsal olunduğunu vurğulayaraq bildirib ki, yeni cizgi filmlərin çəkilməsi istisna deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti