...

IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası başa çatıb

Mədəniyyət Materials 19 Sentyabr 2015 16:39 (UTC +04:00)
Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının bağlanış mərasimi keçirilib.
IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası başa çatıb

Azərbaycan, Bakı, 19 sentyabr /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkasının bağlanış mərasimi keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, Kərim Tahirov çıxış edərək üç gün davam etmiş sərgi-yarmarkanın işini yüksək qiymətləndirərək bu cür tədbirlərin kitabsevərlər tərəfindən maraqla qarşılandığını diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər son vaxtlar ölkəmizdə kitabxanaların zənginləşdirilməsi istiqamətində xeyli iş görüldüyünü diqqətə çatdıraraq, kitab-sərgi yarmarkanın yüksək səviyyədə təşkilinə görə aidiyyətı qurumlara minnətdarlıqlarını bildiriblər.

Sərgidə həm yerli, həm də xarici çap, poliqrafiya müəssisələri, nəşriyyatlar, kitabxanalar, çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.

Sərgi-yarmarka çərçivəsində bir sıra tədbirlər, kitab təqdimatları, müəlliflərlə görüşlər keçirilib, oxucular həm yerli, həm də xarici ölkələrin nəşrləri ilə yaxından tanış olublar.

Sonda IV Bakı Beynəlxalq kitab-sərgi yarmarkasında fəal iştirakına görə iştirakçılara diplomlar təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti