Azərbaycan, Bakı, 10 oktyabr /Trend Azər Niftiyev/
Bu gün səhər saatlarında Azərbaycan Respublikasının xalq artisti Nuriyyə Əhmədova vəfat etdi.
Trend xəbər verir ki, məhrumun dostu, aktyor Əjdər Dadaşov öz "Facebook" səhifəsində yazıb.
Nuriyyə Əhmədova 1950-ci il dekabr ayının 26-da Bakıda anadan olub. Azərbaycan Dövlət İncəənət İnsitutunun aktyorluq fakültəsini bitirib.
Əmək fəaliyyətinə Musiqili Komediya Teatrında başlayıb. Kinoya ilk gəlişi 1982-ci ildə "Mozalan" süjetlərində çəkildikdən sonra olub.
Allah rəhmət eləsin!