...

Azərbaycan muzeylərində ixtisarlar aparılacaq

Mədəniyyət Materials 25 Dekabr 2015 13:34 (UTC +04:00)
Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə ixtisarlar olacaq.
Azərbaycan muzeylərində ixtisarlar aparılacaq

Bakı. İlhamə İsabalayeva - Trend:

Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə ixtisarlar olacaq. Trend-in məlumatına görə, bunu bu gün keçirilən kollegiya iclasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir qeyd edib ki, gələn il muzeylərdə də islahatlar aparılacaq: "Rayonlarda bəzi muzeylərin daxili mühiti o qədər səviyyəsizdir ki, həmin muzeyin olub-olmaması haqqında danışmağa dəyməz. Növbəti ildə aparılan islahatlar çərçivəsində muzeylərdə də ixtisarlar olacaq. Ancaq yaxşı təşkil olunmuş, real tarixi əks etdirən muzeyləri saxlayacağıq".

Ə.Qarayev bildirib ki, yerlərdə muzeylərin fəaliyyətinin gücləndirilməsi üçün səylər artırılmalıdır. Nazir bu baxımdan muzeylərin təşəbbüskarlığının və muzeylərdə nizam-intizamın olmasını da vacib hesab edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti