...

Yazarlar Gəncədə toplaşdılar (FOTO)

Mədəniyyət Materials 8 Fevral 2016 13:23 (UTC +04:00)
Azərbaycan Yazıçılar Birliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə Gəncə şəhər Məhsəti Mərkəzində poeziya günü keçirildi.
Yazarlar Gəncədə toplaşdılar (FOTO)

Bakı-Trend:

Azərbaycan Yazıçılar Birliyi, Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsinin təşkilatçılığı ilə Gəncə şəhər Məhsəti Mərkəzində poeziya günü keçirildi. Tədbiri giriş sözü ilə açan mərkəzin icraçı direktoru Zərifə Xasayeva qonaqları salamladı, Məhsəti Gəncəvinin həyat və yaradıcılığı barədə qısa məlumat verdi.

Poeziya gününün aparıcısı Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq üzrə katibi İlqar Fəhmi çıxış edərək bildirdi ki, bu günkü tədbirdə AYB-nin Gəncə Bölməsi ilə bərabər Qazax, Aran, Şəki, Mingəçevir və yeni yaradılmış Beyləqan Bölməsi də iştirak edir. O, Beyləqan Bölməsindən olan şair və yazıçıların AYB-nə üzv seçilənlərin vəsiqələrini verib təbrik etdi.

AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül xanım belə bir poeziya gününün Gəncədə keçirilməsinin əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Azərbaycanın ayrı-ayrı bölgələrindən olan şair və yazıçıların bir araya gəlməsi, duyğularının bölüşməsi əlamətdar hadisədir. Belə tədbirlərin digər bölmələrdə də təşkil edilməsi təqdirə layiqdir.

Söz şair və yazıçılara verildi. İnqilab İsaq, Aydın Murovdağlı, Sahib İbrahimli, Aləmzər Əlizadə, Ceyhunə Mehmanqızı, Oğuz Aydın, Ramiz Təmkin, Samirə Səma, Elmar Vüqarlı, Bəxtiyar Muradov, Cahandar Aybər, Şəfa Vəli, Ofelya Mədətqızı, Mikayıl Yanar, Məhəmməd Turan, Solmaz Şəms, Fərruxə Umarova, Bayram Göyçəli, Rəhim Qurbani, Nadir Ovçu, Pəhlivan Əfəndi, Fazil Sənan, Sakit Təbib, Banu Qarayeva, Həsən Abbaslı (Gəncə), Sərvaz Hüseyoğlu (Aran Bölməsinin sədri), Vaqif Aslan (Şəki Bölməsinin sədri), Ramiz Övsər, Ağa Ramazan (Şəki), Barat Vüsal (Qazax Bölməsinin sədri), Mustafa Rasimoğlu, Saqif Qaratorpaq, Elnur Süleymanlı (Qazax), Asif Cəfərli (Beyləqan Bölməsinin sədri), Rövşən Budaq, Feyruz Hilaloğlu, Əliağa Mehdiyev, Eldəniz Kərəmoğlu, Fazil Əsəd (Beyləqan), İsmayıl İmanzadə (Mingəçevir Bölməsinin sədri), Bəhman Gülövşəli, Məmməd Mərzili, Ruslan Ələkbərli (Mingəçevir), Saleh Qurbanov (Daşkəsən), Elnur Baxış, Sadiq Mikayıloğlu, İsgəndər Fərhadoğlu (Goranboy) ürək sözlərini dedilər şeirlərini oxudular.

Poeziya gününü bağlı elan edən İlqar Fəhmi bu gözəl şəraiti yazarlara yaratdığına görə Gəncə şəhər İcra Hakimiyyətinə, Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsinə Azərbaycan Yazıçılar Birliyi adından təşəkkürünü bildirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti