...

2015-ci ilin ən yaxşı filmi “Diqqət mərkəzində”

Mədəniyyət Materials 2 Mart 2016 15:54 (UTC +04:00)
Azərbaycanın ən iri kinoteatrlar şəbəkəsi “Park Cinema” tamaşaçıları ən çox səs çıxarmış və aktual relizlərlə sevindirməkdə davam edir.
2015-ci ilin ən yaxşı filmi “Diqqət mərkəzində”

Bakı. Trend:

Azərbaycanın ən iri kinoteatrlar şəbəkəsi "Park Cinema" tamaşaçıları ən çox səs çıxarmış və aktual relizlərlə sevindirməkdə davam edir. Martın 3-dən etibarən yalnız "Park Cinema - Flame Towers"də bu günlərdə 2015-ci ilin ən yaxşı filmi kimi nüfuzlu "Oskar" mükafatı almış "Diqqət mərkəzində" filminin nümayişinə start verilir.

"Diqqət mərkəzində" - gerçək həyatda baş verən hadisələrə əsaslanır və The Boston Globe qəzetinin jurnalistlərinin araşdırmasından bəhs edir. Araşdırma aparılmasında yeni redaktor Marti Brenom təkid etmişdi, o əxlaqi dəyərlərin qorunmasını təbliğ edənlərin özlərini yol verdikləri sui-istifadə hallarının öyrənilməsini əməkdaşlarından sözün hərfi mənasında tələb etmişdi.Uolter Robertsonun başçılığı ilə jurnalist qrupu kilsənin sıralarında pedofil keşişlərin olması haqda işi araşdırmağa başlayırlar. Jurnalist təhqiqatı zamanı məlum olur ki, Boston mitropoliyasının keşişləri uşaqlara yanaşırlarmış, özü də bu kütləvi və sistem halı alıb. Bundan əlavə, kilsənin idarəetmə orqanları bu barədə məlumatlı olmalarına baxmayaraq heç bir addım atmayıb, hətta cinayətkarlar və əməllərini ört-basdır edirlərmiş...

Park Cinema - Azərbaycanda ən iri müasir çoxzallı milli kinoteatrlar şəbəkəsidir. Şəbəkənin ilk kinoteatrı 2010-cu ildə açılıb. Hazırda bizim kinoteatrlar Park Bulvar, Metro Park Zagulba Mall kimi populyar ticarət-əyləncə mərkəzlərində və Bakı şəhərinin yeni simvolu olan Flame Towers-də yerləşir. Park Cinema yay aylarında açıq səmada filmlər nümayiş etdirən yeganə kinoteatr - Bakı şəhərinin ən yaxşı çimərliyi - Amburan Beach Club-dakı kinoteatra sahibdir.

Bütün kinozallarında yüksək komfort, keyfiyyətli səs və görüntünü təqdim edən Park Cinema Azərbaycanda unikal səs və görüntünü, tamaşaçıya "dalma effektini" təmin edən İMAX-ın yeganə nümayəndəsidir.

İnformasiya dəstəyi - Trend, Day.az və Milli.az-dır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti