...

Qusar "Azərbaycanın Folklor Paytaxtı" seçilib

Mədəniyyət Materials 10 Mart 2016 12:15 (UTC +04:00)
2016-cı il üçün Qusar şəhəri “Azərbaycanın Folklor Paytaxtı” seçilib.
Qusar "Azərbaycanın Folklor Paytaxtı" seçilib

Bakı. İlhamə İsabalayeva - Trend:

2016-cı il üçün Qusar şəhəri "Azərbaycanın Folklor Paytaxtı" seçilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, 2016-cı il üçün Qusar şəhərinin "Azərbaycanın Folklor Paytaxtı"nın təqdimat mərasimi sabah keçiriləcək.

2010-cu ildən tətbiq edilən "Xalq Yaradıcılığı Paytaxtları" Proqramına əsasən "əfsanələr", "folklor", "sənətkarlıq" və bu kimi nominasiyalar üzrə "paytaxt" seçilmiş şəhərlərdə milli folklor ustaları və kollektivləri, xalq sənətkarları yeni yaradıcılıq nailiyyətləri əldə edilib, xalqın tarixi yaşam tərzinin, milli bayram və adət-ənənələrin qorunması üçün əhəmiyyətli işlər görülüb.

Bu illər ərzində Gəncə, Şabran, Gədəbəy, Xaçmaz, Qəbələ "Azərbaycanın Əfsanələr Paytaxtı", Lənkəran, Qazax, Masallı, Zaqatala, Balakən "Azərbaycanın Folklor Paytaxtı", Şəki, İsmayıllı, Quba, Göygöl, Abşeron "Azərbaycanın Sənətkarlıq Paytaxtı", habelə Şamaxı "Azərbaycanın Ədəbiyyat Paytaxtı" və Qax "Azərbaycanın Milli Mətbəx Paytaxtı" elan olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti