...

Yenilik: Gəncədə kinoteatr açılır (FOTO)

Mədəniyyət Materials 1 Aprel 2016 19:02 (UTC +04:00)
Uzun zamandır gözlənilən bir yenilik nəhayət ki baş tutdu.
Yenilik: Gəncədə kinoteatr açılır (FOTO)

Bakı. Trend:

Uzun zamandır gözlənilən bir yenilik nəhayət ki baş tutdu. Belə ki, Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə müasir, ən yüksək keyfiyyətlə inşa edilmiş kinoteatr öz qapılarını yerli sakinlərin üzünə açır. "Xəmsə Park" adlı məkanda yeni istifadəyə verilən Xəmsə Park Ticarət Mərkəzinin 4-cü mərtəbəsində "CinemaPlus Xəmsə" kinoteatrı kinosevərlərin ixtiyarına verilir.

"CinemaPlus Xəmsə" ən yeni "Barco" nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. Məhz bu texnologiyanın istifadəsi nəticəsində yüksək keyfiyyətli görüntü almaq mümkün olub ki, bu da tamaşaçıların zövqünü oxşayaraq tez bir zamanda "CinemaPlus Xəmsə" kinoteatrını sakinləri sevdiyi məkana çevirəcək.

Həmçinin "CinemaPlus Xəmsə" kinoteatrında Türkiya və xarici ölkələrinin festivallarının keçirilməsi, məşhur simaların dəvət olunması planlaşdırılır. Əsas diqqət cəlb edən məqam odur ki, kinoteatrda dünya ilə eyni gündə premyeralar göstəriləcək.

"CinemaPlus Xəmsə" 461 yerdən və 5 zaldan ibarətdir. Kinoteatrın zalları Avropa istehsallı yüksək dərəcəli rahat kreslolarla təchiz edilib. Xüsusilə qeyd etmək olar ki, dünyada 500-dən çox kinoteatrın dizayn işlərini reallaşdıran Kanadanın "Mesbur+Smith Architects" şirkəti "CinemaPlus Xəmsə" kinoteatrının da dizayn işlərini tam olaraq görüb.

Bundan əlavə, VİP zalda tamaşaçılar şəxsi masalı kreslolarda film izləmək, kinoseans zamanı qida və içkilər sifariş etməyə imkan yaradan VIP Bar-dan istifadə etmək və kino izləyərkən mobil telefonlarını kreslolarda xüsusi quraşdırılmış USB avadanlığının köməyi ilə cərəyan etmək şansı da əldə edəcək.

Kinosevərlərə unudulmaz anlar və mükəmməl istirahət bəxş etmək yalnız bununla bitmir. Təbii ki, əla film izləmək və bu istirahətdən həzz almaq popkorn və sərin içkilərsiz mümkün deyil. Belə ki, burada rahat və xoş istirahət üçün geniş çeşidə malik 4 popkorn növü, şəkər pambığı, buzlu alkaqolsuz kokteyllər və.s sərinləşdirici içkilərin satışı üçün 2 kinobar fəaliyyət göstərir.

Qiymətlərə nəzər yetirdikdə, görmək olar ki, Bakıda fəaliyyət göstərən kinoteatrlardan xeyli aşağıdır.

Seanslar

Vaxt

Format

Qiymət

Format

Qiymət

Səhər

10:00-12:00

2D

2 azn

3D

3 azn

Günorta

12:00-18:00

2D

3 azn

3D

4 azn

Axşam

18:00-00:00

2D

5 azn

3D

6 azn

VİP

Seansların vaxtından və formatından asılı olmayaraq

15 azn

Kino nümayişlərindən əlavə olaraq, kinoteatrın digər əsas məqsədi reklam cəlb etməkdir. Bununla bağlı Gəncədə fəaliyyət göstərən şirkətlər üçün xüsusi reklam təklifləri hazırlanır.

"CinemaPlus" MMC paytaxtdan başqa, digər regionlarda da yeni kinoteatrların təşkil edilməsini planlaşdırır. İlkin olaraq Gəncə şəhərində 2 kinoteatrın fəaliyyətə başlaması nəzərdə tutulub. Bu da regionlarda hər kinoteatrda təxminən 100 yeni iş yerinin açılışı və regionlarda reklam bazarının genişlənməsinə səbəb olacaq. Eyni zamanda bölgələrdə yaşayan tamaşaçılar Azərbaycan və xarici kinematoqrafçıların yaradıcılığından bəhrələnəcək. Ümumiyyətlə, kinoteatr şəbəkəsinin inkişafı insanların əyləncə imkanlarını artıraraq əhalinin asudə vaxtlarının daha səmərəli keçməsinə köməklik göstərəcək.

"CinemaPlus" kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino tarixində olan ən yaxşı premyeralarla sevindirməyə hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti