...

Eros Ramazottinin Bakıda ilk konsertinin videoanonsu təqdim edilib (VİDEO)

Mədəniyyət Materials 8 Aprel 2016 11:56 (UTC +04:00)
Məşhur italiyalı müğənni Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.
Eros Ramazottinin Bakıda ilk konsertinin videoanonsu təqdim edilib (VİDEO)

Bakı. Trend:

Məşhur italiyalı müğənni Eros Ramazotti Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edəcək.

Trend-in məlumatına görə, konsert aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək.
Şou-proqram zamanı milyonların sevimlisi olan E.Ramazotti tamaşaçılara tanınmış mahnılarını təqdim edəcək.

Romantik balladaların özünəməxsus ifa tərzi ilə seçilən E.Ramazottinin "Perfetto" adlı Bakı konserti dünya turnesi çərçivəsində təşkil ediləcək.

E.Ramazottinin 2015-ci ildə işıq üzü görmüş 13-cü musiqi albomu "Perfetto" 38 ölkədə ən yaxşı 20-liyə daxil olub.

Vokal göstəriciləri və ifa tərzi E.Ramazottini milyonların sevimlisi edib. Bu günədək 13 musiqi albomu işıq üzü görən E.Ramazotti 30 ildən artıq müddətdə İtaliyanın ən məşhur müğənniləri sırasındadır. Onun mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə çevrilib.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni E.Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın "Debütantlar" nominasiyasında qalib olan E.Ramazotti karyerasına dünyada məşhur müğənni kimi imza ata bilib.

E.Ramazottinin konsertləri gözəl musiqi, zövq və unikal şou ilə fərqlənir.

Aprelin 27-də Bakı Kristal Zalında keçiriləcək konsertin biletləri şəhərin bütün kassalarında və "ASAN xidmət" mərkəzlərində martın 26-dan satılır. Biletin qiymətləri 29, 39, 49, 69, 99, 119, 149, 300 və 500 manatdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti