...

Gənclər Paytaxtında veloyürüş (FOTO)

Mədəniyyət Materials 3 May 2016 15:56 (UTC +04:00)
"Sağlam nəqliyyat - Sağlam gənclik" layihəsi baş tutub.
Gənclər Paytaxtında veloyürüş (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllüləri Təşkilatı, Gəncə şəhər İcra Hakimiyyəti və Yaşıl ASAN təşəbbüsünün tәşkilati dәstәyi ilә "Sağlam nəqliyyat - Sağlam gənclik" layihəsi baş tutub.

Trend-in məlumatına görə, yürüşdə 100-ə yaxın həvəskar velosipedçi iştirak edib. Yürüşə 2016-Avropa Gənclər Paytaxtı - Gəncə şəhəri 28 May küçəsindən start verilib. Heydər Əliyev Park Kompleksində yerləşən Zəfər Tağının yanında veloyürüşə fasilə verən iştirakçılar sonra "ASAN Xidmət" mərkəzinin yerləşdiyi Heydər Əliyev prospektinə yön alıblar. Ümumilikdə 10 km məsafə qət edən velosipedçilərdən ən böyüyünün 56, ən kiçiyinin isə 9 yaşı olub.

ASAN Könüllülsü Aytən Rəşidlinin rəhbəri olduğu "Sağlam nəqliyyat - Sağlam gənclik" layihəsinin əsas məqsədi velosipedin nəqliyyat vasitəsi kimi qəbul olunmasına vasitəçi olmaq, sağlam həyat tərzinin geniş əhali kütləsinə aşılamaq, ölkəmizdə velosiped idmanının inkişafında pay sahibi olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti