...

“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı olacaq

Mədəniyyət Materials 5 May 2016 10:54 (UTC +04:00)
Mayın 11-də, saat 19:00-da Nizami Kino Mərkəzində “Hüseyn xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.
“Hüseyn xan Naxçıvanski. Qayıdış” sənədli filminin təqdimatı olacaq

Bakı. Trend:

Mayın 11-də, saat 19:00-da Nizami Kino Mərkəzində "Hüseyn xan Naxçıvanski. Qayıdış" tammetrajlı sənədli filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyin sifarişi ilə "Salnamə" Sənədli Filmlər Studiyası və "Lennauçfilm" studiyasında çəkilən film Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı Hüseyn xan Naxçıvanskinin həyat və fəaliyyətindən bəhs edir.

Çəkilişləri Naxçıvan, Bakı və Sankt-Peterburqda aparılan, tarixi faktlardan, xüsusilə də arxiv materiallarından geniş istifadə olunmuş filmin ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti