...

Ankarada “Leyli və Məcnun” operasının premyerası maraqla qarşılanıb (FOTO)

Mədəniyyət Materials 15 May 2016 07:13 (UTC +04:00)
14 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Türkiyə Respublikası Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının premyerası keçirilib
Ankarada “Leyli və Məcnun” operasının premyerası maraqla qarşılanıb (FOTO)

Bakı. Trend:

14 may 2016-cı il tarixində Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi və Türkiyə Respublikası Dövlət Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə Ankara Dövlət Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Leyli və Məcnun operasının premyerası keçirilib.

Azərbaycanın Türkiyədəki səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli Səfiri Faiq Bağırov, Səfirliyin əməkdaşları, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər və KİV nümayəndələri iştirak etmişdirlər.

Tamaşadan əvvəl Səfir Faiq Bağırov çıxış edərək Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə Leyli və Məcnun operasının Ankara Dövlət Opera və Balet Teatrının repertuarına daxil edilməsinin əhəmiyyətindən danışmışdır. Leyli və Məcnun Operasının Azərbaycan musiqi mədəniyyətindəki əhəmiyyəti haqqında söhbət açan Səfir Faiq Bağırov, bu ölməz əsərin türk dünyasının birinci operası olaraq tarixə keçdiyini vurğulamışdır. Səfir qeyd etmişdir ki, Leyli və Məcnun operasının Türkiye Dövlət Opera və Balet Teatrının Baş İdarəsi ve Azerbaycan Respublikasının Türkiyədəki Səfirliyinin birgə layihəsi olaraq Ankara Dövlət Opera ve Baleti repertuarına daxil edilməsinin Azərbaycan ve Türkiyə arasındakı mədəniyyət sahəsindəki ikitərəfli əməkdaşlığın daha da irəliyə daşınması istiqamətində xüsusi məna ifadə edir.

Rəsmi hissənin ardından tamaşa təqdim olunmuşdur. Azərbaycanlı rejissor Əflatun Nemətzadə tərəfindən yüksək pəşəkarlıqla hazırlanmış opera gurultulu alqışlarla qarşılanmış və tamaşaçılarda xoş təəssürat yaratmışdır. Premyerada orkestrı isə tanınmış Azərbaycanlı dirijor Fəxrəddin Kərimov idarə etmişdir.

Sonda, Səfirlik tərəfindən layihədə əməyi keçən şəxslərə plaketlər təqdim olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti