...

Lahıc misgərlik sənəti ilə bağlı film hazırlanır

Mədəniyyət Materials 18 May 2016 15:54 (UTC +04:00)
Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır.
Lahıc misgərlik sənəti ilə bağlı film hazırlanır

Bakı. Trend:

Lahıc misgərlik sənəti ilə bağlı qısametrajlı film hazırlanır.

Trend Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən məlumat verir ki, "Qədim xalq sənəti - Misgərlik" layihəsi çərçivəsində UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilən Lahıc misgərlik sənətinin gənclərə daha yaxından tanıdılması, Azərbaycan misgərlik sənətinin tarixi haqqında beynəlxalq arenada təbliğat işlərinin aparılması, qədim misgərlik ocaqlarını təbliğ etmək məqsədilə qısametrajlı film hazırlanır.

Filmdə günümüzə qədər qorunub saxlanılan misgərlik sənətinin tarixi, bu sənətlə məşğul olan nəsillər, misgərlik sənətinin incəlikləri haqqında ustadlar tərəfindən geniş məlumat veriləcək.

Qeyd edək ki, layihənin keçirilməsinin məqsədi UNESCO tərəfindən rəsmi olaraq yenicə tanınmış bu qədim sənət növü haqqında yerli və beynəlxalq səviyyədə daha çox məlumat vermək, gənclərin bu sənətə diqqətini daha çox artırmaqdır. Həmçinin qısametrajlı film vasitəsilə günümüzdə bu sənətlə aktiv məşğul olan sənətkarların daha çox tanınmasına dəstək veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti