Bakı. Trend:
Şəki “İpək yolu” VII Beynəlxalq musiqi festivalı çərçivəsində iyunun 29-da saat 12:00-da Şəki Xan Sarayında Yaponiyanın “Vas-Liqa” musiqi ansamblının konserti baş tutub. Trend-in məlumatına görə, konsertdə Yaponiyanın Azərbaycandakı fövqaladə və səlahiyyətli səfiri cənab Tsuquo Taqahaşi də iştirak edib.