...

Heydər Əliyev Sarayında Yeni il nağılı (FOTO)

Mədəniyyət Materials 19 Oktyabr 2016 20:27 (UTC +04:00)
Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Yeni İl Nağılı” tamaşası təqdim olunacaq.
Heydər Əliyev Sarayında Yeni il nağılı (FOTO)

Bakı. Trend:

Dekabrın 28-də Heydər Əliyev Sarayında Yeni il bayramı münasibəti ilə uşaqlar üçün “Yeni İl Nağılı” tamaşası təqdim olunacaq.

Trend-in məlumatına görə, nağıl-tamaşada həmçinin, Yeni ilin sevilən personajları Şaxta baba və Qar qız uşaqlarla görüşəcək və onları mahnılar, rəqslər, oyunlar, yeni il zarafatları ilə sevindirəcək.

Saat 13:00 və 16:00-da başlayacaq konsertin biletlərini şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz. Biletlərin qiyməti 5- 15 manat təşkil edir.

Konsertin informasiya dəstəyi Trend.az, Day.az və Milli.az-a məxsusdur.

Əlaqə telefonları: (012) 441-21-31, (050) 332-36-30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti