...

CNN: Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir

Mədəniyyət Materials 27 Oktyabr 2016 17:17 (UTC +04:00)
Bakıdakı Heydər Əliyev Mərkəzinin binası Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects - RIBA) beynəlxalq mükafatına 6 namizəddən biri oldu.
CNN: Heydər Əliyev Mərkəzi Britaniya Memarları Kral İnstitutunun beynəlxalq mükafatına namizəddir

Bakı. Elmira Tariverdiyeva - Trend:

Bakıdakı Heydər Əliyev Mərkəzinin binası Britaniya Memarları Kral İnstitutunun (Royal Institute of British Architects - RIBA) beynəlxalq mükafatına 6 namizəddən biri oldu.

Bu barədə Trend CNN telekanalının saytına istinadən məlumat verir.

Üslub baxımından bir-birindən fərqlənən 6 binadan ibarət siyahı RIBA-nın beynəlxalq mükafatının finalçıları elan olunub.

Siyahıya Azor adalarındakı (Portuqaliya) İncəsənət Mərkəzi, Meksikada muzey, Norveçdə Mülki Mərkəz, Peruda universitet və Fransada Birinci Dünya müharibəsi memorialı da var.

Bu 6 layihə 5 qitədə 30 memarlıq layihəsi arasından beynəlxalq mükafata namizəd kimi seçilib.

2016-cı ilin noyabrında mükafatın qalibi açıqlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti