...

Bakıda xarici xoreoqraflardan HAMI üçün master klasslar keçiriləcək

Mədəniyyət Materials 5 Noyabr 2016 10:21 (UTC +04:00)
Bakıda ilk dəfə və yalnız NERO Dance Center-də “DANCE START 4” layihəsi çərçivəsində tanınmış xoreoqraflar, Rusiya və Ukraynanın populyar TOP rəqs məktəblərinin pedaqoqları – Kolya Barni və Artur Yemçik-in master klassları keçiriləcək.
Bakıda xarici xoreoqraflardan HAMI üçün master klasslar keçiriləcək

Bakı. Trend:

Noyabrın 19-20-da Bakıda ilk dəfə və yalnız NERO Dance Center-də “DANCE START 4” layihəsi çərçivəsində tanınmış xoreoqraflar, Rusiya və Ukraynanın populyar TOP rəqs məktəblərinin pedaqoqları – Kolya Barni və Artur Yemçik-in master klassları keçiriləcək. Tədbir xüsusən də rəqslə məşğul olmaq istəyən, amma hələ də rəqs növünü və ya istiqamətini seçə bilməyənlər üçün çox önəmlidir.

Layihənin qonağı, Kolya Barni:

- Rusiyanın aparıcı quruluşçu-xoreoqrafı,

- Birinci kanalda (ORT/Perviy kanal) yayımlanan “Yeni il gecəsi”-nin xoreoqrafı,

- “GREEK SALAD CAMP” Jazz-Funk (Yunanıstan) rəqs düşərgəsinin xoreoqrafı,

- “9Z DANCE CAMP”-in (Avstriya) rəqs düşərgəsinin xoreoqrafı,

- “VAGRANT TEATRO” rəqs layihəsinin yaradıcısı və xoreoqrafı ,

- “DEAD BOY” rəqs kollektivinin yaradıcısı və rəhbəridir.

Kolya ənənəvi olaraq hər il ABŞ-nın dünyaca məşhur Millenium Dance Complex, Movement Lifestyle, EDGE PAC, Broadway Dance Centre ixtisas artirma kursları keçir.

Lolita, Filip Kirkorov, Viktoriya Dayneko, Diskoteka Avariya, Denis Maydanov, Janna Friske və s. məşhur ulduzları ilə çalışıb.

Digər qonağımız – Kiyevdən istedadlı rəqqas və xoreoqraf ARTUR YEMÇİKdir. Artur Release Dance Complex-də və D.Side Rəqs Studiyasında çalışır.

- “Ulduzlar Fabrikası-4”(Fabrika zvyezd-4) telelayihəsinin qalibi Yuliya Rudnyovanın, həmçinin Andrey Quşinin “Atlantik mahnılar” tamaşasının xoreoqrafıdır.

- WHES DANCE CONVENTION (İtaliya), GREEK SALAD Dance Camp (Yunanıstan), Mydance Dance Camp (MDB), Dance Camp IN PLEASURE (Ukrayna) və s beynəlxalq rəqs konvensiyalarının iştirakçısıdır.

Artur dünyaca məşhur rəqs məktəbləri olan Millenium Dance Complex, Debbie Reynolds Dance Studio, Movement Lifestyle, EDGE PAC təlimlərdən keçib. In-Grid, Ani Lorak, ViaQra və s. ulduzlarla çalışıb.

İştirakçıları növbəti master klasslar gözləyir:

19 noyabr (Şənbə):

JAZZ FUNK - Artur Yemçik 18:30

HIP HOP - Kolya Barni 19:30

20 noyabr (Bazar günü):

HIP HOP - Kolya Barni (Uşaqlar üçün qrup) 13:00

CHOREOGRAPHY (Şəxsi xoreoqrafiya) - Artur Yemçik - 15:00

HIGH HEELS - Kolya Barni - 17:00

İştirak etmək isə hər kəs üçün mümkündür: təcrübəli rəqqaslar və ya bu yolda ilk addımlarını atan gənclər. Qeyd edək ki, iştirak üçün öncədən rezervasiya mütləqdir.

"DANCE START" layihəsi özündə rəqsin müxtəlif istiqamətlərində master klasslarını birləşdirir. Professional xoreoqraflar, böyük məmuniyyətlə, öz bilikləri ilə rəqqaslarla bölüşür, bu sahədə yeni olanlara isə dəyərli məsləhətlər verir, istiqamət və üslub seçimində kömək edir.

Yeni başlayan rəqqaslara "DANCE START" unikal imkan yaradır: ürəyə yatan üslubu seçmək və artıq gələcək xoreoqraf ilə tanış olmaq. Lakin təcrübəli rəqqaslar üçün digər istiqamətlətin öyrənilməsi, inkişaf, biliklərin artırılmasını nəzərdə tutur.

TOP Xoreoqraf və Nero Dance Center-in müəllimləri, eləcə də Şou-Balet NERO-nun bədii rəhbərləri – Emin Useynov və Nərgiz Useynova sözlərinə görə, "DANCE START" layihəsinin əsas məqsədi müassir rəqs sənətini populyarlaşdırma, Azərbaycan rəqs mədəniyyətinin inkişafına dəstək olmaqdır. “Rəqqasların birliyi, qarşılıqlı hörmət əsasında bir rəqs ailəsi yaratmaq əsas prioritetlərdən biridir. Hətta ən professional rəqqas üçün də özünü inkişaf etdirmək, yeni biliklər əldə etmək çox vacibdi. Bunu nəzərə alaraq biz hər DANCE START-ı daha maraqlı və rəngarəng edirik! Biz iştirakçılara gözəl təəssurat bağışlayaraq məqsədlərinizə çatmaqda yardımçı oluruq!”

Vurğulamaq istəyirik ki, bu gün NERO rəqs kollektivi öz moda və epataj stilinə görə məşhurdu. NERO-nun rəqs çıxışları tez-tez bir çox idman tədbirlərə aid açılış mərasimininlərdə, mədəniyyət günlərində, Azərbaycanda və digər ölkələrdə keçirilən televiziya, musiqi və əyləncə layihələrdə izləyə bilərsiniz, məs. “Səs Azərbaycan”( The Voice of Azerbaijan) layihəsi, “Gəncə Avropa Gənclər Paytaxtı-2016” konserti və s.

Müasir, professional cihazlarla təmin olunmuş rəqs studiyamızla tanışlıq şansını qaçırmayın! Nero Dance Center tam şəhərin mərkəzində, 28 MAY metrosuna yaxın yerləşir. ÜNVAN: Süleyman Rəhimov küç. 183, “Diplomat” otelinin yanındakı bina, 3cü və 4-cü mərtəbə (Mərkəzi Milli Bankın yaxınlığında). NERO Dance Center hər birinizi gözləyir və söz verir ki, çox şən və unudulmaz master klasslar olacaq!

Hər hansı bir sualınız varsa bu nömrələrə yazın (sms/whats app) və ya zəng edin:

+994(50) 394 94 40, +994(50) 640 99 04, +994(55) 490 94 40

https://www.facebook.com/nerodancecentre

https://www.instagram.com/nerodancecenter

İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti