...

Filarmoniyada Xor Kapellasının yubileyinə həsr olunmuş konsert keçiriləcək

Mədəniyyət Materials 14 Noyabr 2016 19:12 (UTC +04:00)
Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Filarmoniyada Xor Kapellasının yubileyinə həsr olunmuş konsert keçiriləcək

Bakı. Trend:

Noyabrın 22-də saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.

Filarmoniyanın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Zakir Bağırov, Səid Rüstəmov, Firəngiz Əlizadə, Ramiz Mustafayevin əsərləri səslənəcək.

Proqramda Avropa bəstəkarlarının əsərləri də səslənəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti