...

Park Cinemada koreya dilində ilk film nümayiş olunub (FOTO)

Mədəniyyət Materials 24 Noyabr 2016 14:36 (UTC +04:00)
Park Cinema ekranlarında koreya dilində ilk film nümayiş olunub.
Park Cinemada koreya dilində ilk film nümayiş olunub (FOTO)

Bakı. Trend:

Park Cinema ekranlarında koreya dilində ilk film nümayiş olunub.

Ötən gün Koreya səfirinin, diplomatların, koreya şirkətlərinin və medianın iştirakı ilə Park Cinemada ilk koreya filmi böyük ekranda nümayiş olunub. Məhşur blokbaster “Pusana qatar” apokaliptik dəhşət filmi dünya ölkələrində kifayət qədər populyarlıq qazandıqdan sonra ölkəmizdə də geniş audotira qarşısına çıxarılır.

Park Cinemanın təşəbbüsü ilə orijinal koreya dilində nümayiş olunan filmdə iştirak edən Koreya səfiri Kim Çanq-gyu film haqqında təəssüratlarını bölüşüb: “Filmdə kimya sənayesi, kapital marketlər və kapitalizmin gətirdiyi dəyər olan eqoizm kimi müasir dövrdə insanları ağuşuna alan təhlükələrdən bəhs edilir. Belə çətin və təhlükəli vəziyyətdə də olan sevgi, ailəyə bağlılıq, digərlərini düşünmək kimi dəyərlərin yaşadılması və qələbə qazanması çox gözəl təsvir olunub”.

Filmin premyerası Kann festivalı çərçivəsində baş tutub və tənqidçilərdən çoxsaylı müsbət rəylər qazanıb. Filmin ideyası o qədər uğurludur ki, Fox və Sony studiyaları onun ingilisdilli remeykini çəkmək hüququ uğrunda mübarizəyə başlayıblar. İri Hollivud studiyalarından başqa, filmin çəkilişi hüququ uğrunda Gaumont, Canal Plus və EuropaCorp-dan fransızlar da qoşulublar. Cənubi Koreya trillerinin hüquqları Contents Panda şirkətinə məxsusdur və o hələ ki, ingilisdilli remeyki çəkəcək şirkəti seçməyə tələsmir.

Qeyd edək ki, bundan sonra da Cənubi-Koreya istehsalı olan filmlərin Park Cinema ekranlarında göstərilməsi nəzərdə tutulur və tezliklə novbəti filmin böyük ekrana çıxarılması da gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti