...

Bakı Uşaq Teatrı yeni il şənliyi keçirəcək

Mədəniyyət Materials 21 Dekabr 2016 19:50 (UTC +04:00)
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı kütləvi informasiya vasitələri nümayəndələrinin və elmi işçilərin uşaqları üçün yeni il şənliyi keçirəcək.
Bakı Uşaq Teatrı yeni il şənliyi keçirəcək

Bakı. Trend:

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrı kütləvi informasiya vasitələri nümayəndələrinin və elmi işçilərin uşaqları üçün yeni il şənliyi keçirəcək.

İdarədən Trend-ə verilən məlumata görə, şənlik 30 dekabr saat 15:00- da Q.Abbasov adına mədəniyyət sarayında baş tutacaq.

Şənlikdə şaxtababa, şaxtanənə, qarqız, müxtəlif nağıl qəhrənmanları və “Yeni il müsabiqəsi” tamaşası nümayiş olunacaq.

Qeyd edək ki, şənlik pulsuzdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti